17 mart 2013 02:15

Azərbaycan yığması seçmə oyunlara hansı performansla çıxır?

Futbol üzrə Azərbaycan yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində martın 22-də Lüksemburqla, ayın 26-da isə Portuqaliya ilə üz-üzə gələcək. Azerisport.az sizi bu görüşlər ərəfəsində ənənəvi olaraq milliyə dəvət almış futbolçularımızın son performansı ilə tanış edir.
 
QAPIÇILAR

Kamran Ağayev (Bakı) – Ağayev sonuncu dəfə Portuqaliya ilə səfərdə keçirilən oyunda qapını qoruyub. Bu qapıçı cari mövsümdə bir oyunda da forma geyməyib. “Xəzər Lənkəran”dan “Bakı”ya transfer olunduqdan sonra çətin günlərin arxada qalacağı gözlənilsə də, yığmamızın əsas qolkiperi yenə də ehtiyatda qalmaqla məşğuldu.
 
Anar Nəzirov (Qəbələ) – “İnter”lə son turun oyununda ehtiyatda qalıb. Sonuncu dəfə 22-ci turun AZAL ilə oyununda meydanda olub və altı qol buraxıb.
 
Səlahət Ağayev (Sumqayıt) – Son turun “Turan”la oyununda (4:0) 90 dəqiqə meydanda olub. Yığmaya çağırılan qapıçılar arasında daimi oyun təcrübəsi olan yeganə əlcək sahibidi.
 
MÜDAFİƏÇİLƏR

Rəşad Sadıqov (Qarabağ) – Millinin kapitanı son turda “Simurq”a qarşı 90 dəqiqə oynayıb. Komandası isə 0:1 hesablı məğlubiyyətlə üzləşib.

Ruslan Abışov (Rubin, Rusiya) – Yığmamızın yeni legionerlərindən olan müdafiəçi hələlik Kazan klubunda debüt edə bilməyib.
 
Vladimir Levin (İnter) – Son turun “Qəbələ” ilə səfər oyununda 90 dəqiqə meydanda olub. Komandası isə 2:1 hesablı qələbəyə sevinib.
 
Elhad Nəziri (Petrolul, Rumıniya) – Ruslan Abışov kimi, Elhad da hələlik Rumıniya klubuna keçəndən sonra debüt şansı qazana bilməyib.
 
İlkin Qırtımov (Simurq) – “Qarabağ”la oyunda 90 dəqiqə meydanda olub, komandası minimal hesabla qalib gəlib.
 
Vurğun Hüseynov (Qəbələ) – “İnter”lə son turun oyununda forma geyməyib.
 
Maksim Medvedev (Qarabağ) – Zədə səbəbindən “Simurq”la son turun oyununda forma geyməyib.
 
Bədavi Hüseynov (Qarabağ) – “Simurq”la oyunun son yarım saatında meydanda olub. Komandası məğlub olub – 0:1.
 
Rasim Ramaldanov (Simurq) – “Qarabağ”la oyunun iştirakçısı ola bilməyib.

Qara Qarayev (Qarabağ) – “Simurq”la oyunda 90 dəqiqə meydanda olub, komandası uduzub – 0:1.
 
Elnur Allahverdiyev (Xəzər Lənkəran) – “Rəvan”la qarşılaşmada 90 dəqiqə meydanda olub, komandası minimal hesabla məğlub olub.
 
YARIMMÜDAFİƏÇİLƏR
 
Mahir Şükürov (Neftçi) – “Bakı”ya qarşı 90 dəqiqə forma geyib, komandası heç-heçə edib – 1:1.
 
Rəşad Sadiqov (Neftçi) – “Bakı”ya qarşı 90 dəqiqə forma geyib, komandası heç-heçə edib – 1:1.
 
Cavid Hüseynov (Bakı) – “Neftçi” ilə oyunda start heyətdə meydana çıxıb, 58-ci dəqiqədə əvəzlənib. Komandası 1:1 hesablı heç-heçəyə razılaşıb.
 
Elvin Məmmədov (Bakı) – “Neftçi” ilə oyunda meydana 58-ci dəqiqədə çıxıb. Komandası 1:1 hesablı heç-heçəyə razılaşıb.
 
Rahid Əmirquliyev (Xəzər Lənkəran) – “Rəvan”la oyunu ehtiyatda izləyib.
 
Əfran İsmayılov (Qarabağ) – “Simurq”la oyunun 46-cı dəqiqəsində meydana çıxıb, komandası minimal hesabla uduzub.
 
HÜCUMÇULAR

Vüqar Nadirov (Qarabağ) – “Simurq”la oyunun ilk 55 dəqiqəsində meydanda olub, komandası uduzub – 0:1.

Vaqif Cavadov (Qarabağ) – “Simurq”la oyunun ilk 45 dəqiqəsində meydanda olub, komandası uduzub – 0:1.
 
Rauf Əliyev (Bakı) – “Neftçi” ilə son turun oyununda iştirak etməyib.
 
Rüfət Dadaşov (Kaiserslautern II, Almaniya) – 25-ci turun “TuS Koblenz”lə oyununda 45-ci dəqiqədə meydana çıxıb. Komandası səfərdə 0:3 hesabıyla uduzub.
 
Pərdis Fərcad-Azad (Sumqayıt) – “Turan”la oyunda möhtəşəm çıxışıyla fərqlənən futbolçu vurduğu 4 qolla komandasına vacib 3 xal qazandırdı. Komandasının 4:0 hesablı qələbəsində əsas pay sahibi olan hücumçu bütün qollar 23 dəqiqə ərzində rəqib qapısından keçirdi.
 
Cihan Özkara (Sivasspor, Türkiyə) – Komandasının son oyunlarını zədə səbəbindən buraxmalı olub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.