17 mart 2013 02:25
Sumqayıtın prezidenti: Elitada qalacağımıza inanıram
“Sumqayıt”ın prezidenti Kamran Quliyev komandasının Premyer Liqada qalmaq üçün əlindən gələni edəcəyini bəyan edib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Biz növbəti oyunlarda da sona qədər mübarizə aparacağıq və çalışacağıq ki, üst pillələrdə qərarlaşaq. Autsayderlər arasında yer almaq istəmirik. Hər şey öz əlimizdədi. Komandamız yaxşı sürət yığıb. İnanıram ki, Orxan Əliyevin zədəli olmasına rəğmən, Premyer Liqadakı yerimizi qoruyacağıq”.