17 mart 2013 20:30
İsayev oynadı, Məlikov izlədi, Denizlispor qələbəni əldən verdi (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Arif İsayevlə müdafiəçi Rail Məlikovun şərəfini qoruduğu Türkiyənin “Denizlispor” klubu bu gün növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, həmyerlilərimizin komandası PTT Birinci Liqanın 26-cı turu çərçivəsində “Kartalspor” ilə qarşılaşıb.
Oyun doğma divarlar arasında keçirilirdi. Ona görə də Dənizli klubu bu görüşdən mütləq 3 xalla ayrılmağı hədəfləmişdi. Qarşılaşmada hesabı məhz həmyerlilərimizin komandası açıb. Amma meydan sahibləri qələbə hesabını sonadək qoruya bilməyiblər və görüş sülhlə bitib.
Bu görüşdə futbolçularımızın da iştirakı istisna deyildi. İsayev start heyətdə meydana çıxıb və 56-cı dəqiqədə əvəzlənib. Məlikov isə qarılaşmanı sonadək ehtiyatda izləyib.
Qeyd edək ki, Ariflə Railin komandası 26 oyuna 33 xalla 11-ci yerdə gedir.
PTT Türkiyə Birinci Liqası
26-cı tur
17 mart
Denizlispor - Kartalspor - 1:1
