16 mart 2013 15:25
Simurqun sabiq baş məşqçisi yenə işsiz qaldı
“Simurq”un sabiq baş məşqçi Sergey Yuran yenidən işsiz qalıb. Azerisport.az xəbər verir ki, 43 yaşlı mütəxəssis çalışdırıdığı “Sibir” klubundan ayrılıb.
Yuran və klub rəhbərliyi müqaviləni qarşılıqlı razılıq əsasında pozublar. Bu barədə “Sibir”in rəsmi saytı xəbər yayıb. Xəbərdə bildirilir ki, klub rəhbərliyinin gəncləşdirmə siyasətinə başlaması və Premyer Liqaya vəsiqə uğrunda mübarizə aparmaqdan imtina etməsi Yuranı razı salmadığından getmək qərarına gəlib. “Sibir”i bundan sonra Sergey Kirsanov çalışdırıcaq.
Qeyd edək ki, Yuran 2011-2012 mövsümündə “Simurq”u çalışdırıb. Ötən ildən isə o, “Sibir”ə başçılıq edirdi.
