16 mart 2013 16:17
Lüksemburqun Azərbaycan ilə oyun öncəsi son sınağının vaxtı açıqlandı
Futbol üzrə Lüksemburq yığmasının Almaniyanın üçüncü Bundesliqa klubu “Saarbrucken”lə yoxlama matçının vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, qarşılaşma martın 18-də keçiriləcək.
Qrevenmaherdə keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Qeyd edək ki, Lüksemburq yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının rəqibidi. Yığmamız bu rəqibi ilə martın 22-də görüşəcək.
