18 mart 2013 00:03

Qəbələ qızılı penaltilərlə qaçırdı, vətənə gümüşlə dönür

Moldovanın Tiraspol şəhərində 15 yaşa qədər futbolçular arasında keçirilən beynəlxalq turnirə bu gün baş tutan matçlarla yekun vurulub. Azerisport.az xəbər verir ki, daha öncə keçirdiyi 4 matçda qalib gələrək finala vəsiqə qazanan "Qəbələ" həlledici oyunda Uşaq Gənclər İdman Məktəbi (Ukrayna) ilə qarşılaşıb. Qrup mərhələsində üz-üzə gələn komandaların ilk duelindən "Qəbələ" qalib ayrılmışdı - 2:1.
 
Final matçına tərəflər kəşfiyyat xarakterli hücumlarla start veriblər. İlk yarı ərzində hər iki tərəfin fərqlənmək imkanı olsa da, hesab açılmayıb. İkinci hissə də eyni ssenari üzrə davam edib. Matçına sonlarında "Qəbələ" bir neçə əlverişli imkan yaxalasa da, şansdan yararlana bilməyib və matç başladığı hesabla sona çatıb. Qalibi müəyyənləşdirmək üçün birbaşa penalti vuruşlarına keçilib. Penalti vuruşlarını daha dəqiq yerinə yetirən ukraynalılar 4:2 hesabilə qalib gəliblər və qızıl medallara sahib olublar.
 
Final matçının ardından turnirin mükafatçılarının və müxtəlif nominasiyalar üzrə qaliblərinin təltifetmə mərasimi baş tutub. İkincilik kuboku və gümüş medallara sahib çıxan futbolçularımız daha iki nominasiyanın da qalibi olublar. Komandamızın üzvü Coşqun Sülüymanov "ən yaxşı hücumçu", Süleyman Süleymanov isə "ən yaxşı qapıçı" mükafatlarına sahib çıxıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.