17 mart 2013 13:15

Toşak: Xəzər Lənkəranda legionerlər həddən artıq çoxdu

“Xəzər Lənkəran”ın yeni baş məçqçisi Con Toşak bu gün ictimaiyyətə təqdim olunub. Azerisport.az xəbər verir ki, təqdimetmə mərasimi zamanı uelsli mütəxəssis jurnalistlərin bir sıra suallarını da cavablandırıb.
 
- Yaxşı tanıdığınız futbolçuları “Xəzər Lənkəran”a dəvət etmək fikriniz var?
- Mən hələ komandanı görməmişəm. “Xəzər Lənkəran”da kimlərin oynadığını görmək istəyirəm. Yalnız bundan sonra hansısa qərar vermək olar. Xüsusilə yerli futbolçularla tanış olmaq, onların nəyə qadir olduğunu görmək istərdim. Məndə transfer xatirinə transfer olmayacaq. Əgər yerli məhsul dadlıdırsa, xarici məhsulu almağa ehtiyac qalmaz. Yalnız ürəkdən oynayacaq legionerlər alına bilər. Fikrimcə, “Xəzər Lənkəran”da legioner futbolçular həddən artıq çoxdu.
 
- Sizi Azərbaycana hansı stimul gətirib?
- “Beşiktaş”ın sabiq prezidenti mənə zəng etdi və xahiş etdi ki, bir insanla danışım. Mübariz Mənsimovun mənimlə söhbətləşmək istədiyini bildirdi. Mən razılaşdım və İstanbulda görüşdük. Görüşdən sonra isə razılığa gəlməyə qərar verdim. Niyə də qəbul etməməliydim?

 
- Sizə qədər Azərbaycanda çox mütəxəssis çalışıb, amma çox az qismi uğur qazana bilib. Sizi də eyni aqibətin gözləməsindən qorxmursuz?
- Bu suala cavab verməkdə çətinlik çəkirəm. Zaman göstərəcək. Hər şey mümkündü. Siz kimləri nəzərdə tuturdunuz ki?

- Toni Adams, Viktor Pasulko, Vlastimil Petrjela...
- Adamsı tanıyıram. Toni çox gözəl mərkəz müdafiəçisi idi. Petrjela ilə Pasulko haqda isə informasiyam yoxdu.
 
- “Xəzər Lənkəran”da necə futbol təklif edəcəksiz?
- İndi bu haqda danışmaq çətindi. Oyunu futbolçulara uyğun qurmağa çalışacağıq. Məsələn, “Barcelona” və “Real” İspaniya klubu olsa da, fərqli futbol sərgiləyirlər. Elə “Chelsea” və “Arsenal” da Britaniya futbolu sərgiləmir.
 
- Emin Quliyevlə Roketa komandada qalacaq, yoxsa siz özünüzlə başqa köməkçilər gətirəcəksiz?
- Hələlik burda təkəm. Situasiya ilə tanış olandan sonra qərar verəcəm. 35 ildi bu işdəyəm, müxtəlif insanlarla çalışmışam. Həmişə də yerli məşqçilərə üstünlük vermişəm. “Xəzər Lənkəran” da istisna olmayacaq. Çünki onlar yerli futbolu, mentaliteti daha yaxşı bilirlər. Mən onlardan, onlar da məndən nələrisə götürməyə çalışacaqlar.
 
- “Xəzər Lənkəran”ın son illərdə tez-tez baş məşqçi dəyişməsinə münasibətiniz necədi?
- Bu sualı mənə verməməyiniz daha yaxşı olardı. Niyə tez-tez baş məşqçi dəyişikliyinə əl atıldığını bilmirəm. “Real” da 14 ildə 12 baş məşqçi dəyişib.

 
- Azərbaycana qədər siz Makedoniya yığmasında çalışırdınız. Mətbuatın yazdığına görə, siz Skopyedə yaşamaq istəməmisiz. Bəs Lənkəranda necə yaşayacaqsız?
- Makedoniya ilə Lənkəranı müqayisə etməyəcəm. Yığma və klub ayrı-ayrı anlayışlardı. Orda çempionat zəifdi. Oyunçularım xarici çempionatlarda çıxış edirdilər və mənə yerli çempionatı izləməyə ehtiyac da qalmırdı. Biz bir prezidentlə danışmışdıq ki, orda yaşamayacağam. Lakin ondan sonra gələn federasiya prezidenti fərqli fikirlər yürütməyə başladı. Lənkərana gəlincə, məni orda maraqlı iş gözləyir və belə problemlə üzləşməyəcəm.
 
- Sizinlə “Bursaspor” da maraqlanırdı?
- Bu söhbət bir ay öncə olub. Mənə heç kim rəsmi şəkildə müraciət etməyib.
 
- Berti Foqtsun yığmadakı toplanışları sizə problem yaratmayacaq?
- Mən əlimdən gələni edəcəm ki, yığma komandaya kömək edim. Amma “Xəzər Lənkəran” mənim üçün daha vacibdi. FİFA və UEFA-nın ayırdığı konkret müddətlər var. Mən Foqtsu da əla tanıyıram. Biz meydanda bir-birimizə qarşı oynamışıq. Komandalarımız da bir neçə dəfə qarşılaşıblar.
 
- Bu mövsüm komandanız yalnız Azərbaycan Kubokunu qazana bilər...
- Hər bir kubok qazanılmaq üçündü. İspaniyada, Türkiyədə, İngiltərədə, Uelsdə titullar qazanmışam. Təbii ki, Azərbaycan Kubokunu da qazanmaq istərdim.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.