18 mart 2013 01:23

Nazim Süleymanov: Lüksemburq ilə oyun daha çətin olacaq

Futbol üzrə Azərbaycan yığmasının məşqçisi Nazim Süleymanovun azerisport.az saytına müsahibəsi

- Lüksemburq və Portuqaliya ilə oyunlardan nə gözləyirsiz?
- Yığma bu oyunlara xüsusi hazırlaşır. Biz həmişə uğurlu nəticələr qazanmaq istəyirik. Proqnoz vermək istəmirəm. Amma Azərbaycan yığması həm səfər, həm də ev oyununda sərfəli nəticə qazanmağa çalışacaq. Çox şey Lüksemburqla oyunun nəticəsindən asılıdı.
 
- Nəyi nəzərdə tutursunuz?
- Təbii ki, Lüksemburqla oyunda qazanılacaq uğurlu nəticə bizim Portuqaliya ilə görüşə daha yaxşı yaxşı hazırlaşmağımıza səbəb olacaq.
 
- Yığma Dubay toplanışı zamanı Lixtenşteynlə qarşılaşmışdı. Sizcə, həmin oyunla Lüksemburqu məğlub edə bilərik?
- Lüksemburqun çox yaxşı komandası var. Onlar Ermənistan yığması ilə 1:1 hesablı heç-heçə etmişdilər. Özü də Fransada. Təbii ki, biz bütün bu oyunları yaxşı analiz etməyə çalışırıq. Əminəm ki, Lüksemburq bizimlə qarşılaşmada nəticəyə oynayacaq. Bizə o qədər də azadlıq verməyəcəklər. Unutmamalıyıq ki, bu komanda da futbol oynamağı bacarır.
 
- Portuqaliyaya qarşı olduğu kimi...
- Məsələn, onlarla heç-heçə etdilər. Ev oyunlarında xüsusilə aqressiv oyun sərgiləyirlər. Ona görə də Lüksemburqla qarşılaşma Lixtenşteynlə oyundan daha çətin olacaq.
 
- Kamran Ağayevin yığmaya dönüşü ilə bağlı nə deyə bilərsiz?
- Dubay toplanışından sonra yığmanın qapıçılarla işləyən məşqçisi Uli Ştayn bildirmişdi ki, Kamran yığmadakı yerini qaytarmaq üçün rəqabət aparmalıdı. Çünki Lixtenşteynlə oyunda Səlahət Ağayev özünü yaxşı tərəfdən göstərdi. Düzdü, Şimali İrlandiya ilə oyunda səhvi oldu, canlı səddi düzgün qurmamışdı. Amma eyni zamanda komandanı bir neçə real qoldan xilas etdi. Hər bir futbolçu üzərində çalışmalıdı ki, daha da artırsın.

- Rüfət Dadaşovdan nə gözləyirsiz?
- Lixtenşteynlə oyunda bir neçə səhvə yol verdi. Tez-tez ofsayda düşürdü. Rəsmi oyunlarda bir qədər diqqətli olmaq lazımdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.