17 mart 2013 13:37
Yunis Hüseynov: Yığmamızdan Lüksemburqla oyunda üç xal gözləyirəm
“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Yunis Hüseynov futbol üzrə Azərbaycan yığmasının DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Lüksemburqa qarşı keçirəcəyi oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Lüksemburq zəif komandalar eşalonuna daxildi. Amma son dövrlər onlar da çox artırıblar. Lakin bu, o demək deyil ki, biz heç-heçə haqda düşünməliyik. Mənə elə gəlir ki, Azərbaycan yığması bu komandaya qarşı ancaq qələbəyə oynayacaq və gücünə də inanır. Komandamızdan üç xal gözləyəcəm”.