17 mart 2013 14:42

Kamran Ağayev: Hər şeyə hazır olmalıyıq

Futbol üzrə Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin azerisport.az saytına müsahibəsi
 
- Yığmanın toplanışı necə keçir?
- Hər şey əladı. Hamı yaxşı əhval-ruhiyyədədi. Bizi iki çətin və vacib oyun gözləyir. Bu oyunlardan uğurlu nəticə ilə ayrılmaq istəyirik. Lakin indidən hər şeyin necə nəticələnəciyini deyə bilmərəm. Hər şey baş verə bilər. Hər şeyə hazır olmalıyıq.
 
- Lüksemburqla oyunun daha vacib olduğunu demək olar?
- Niyə belə hesab edirsiz ki? Portuqaliya ilə oyun vacib deyil?

 
- Ən azından daha zəif rəqiblə oyunda üç xal qazanmağımız daha real görünür, nəinki Portuqaliyadan...
- Portuqaliya ilə oyun öncəsi bizim üçün kimə qarşı oynamağımızın heç bir fərqi olmayacaq. Lüksemburqla oyun ona görə indi daha vacibdi ki, Portuqaliya ilə görüşdən əvvəl keçiriləcək. Yəni bu oyunda istədiyimizi qazanıb, digərini düşünmək istəyirik.
 
- Son aylarda oyun təcrübənizin olmaması sizə problem yaratmayacaq ki? Məşqlərə əsasən əsas heyətdə çıxıb-çıxmayacağını müəyyənləşdirə bilmisiz?
- Bunu məşqlər müəyyənləşdirmir. Məşqlərdə hamıya qarşı eyni münasibət var. Bir nəfər nə edirsə, hamı onu təkrarlayır. Hər birimiz meydana çıxa bilərik. Amma əsas heyətdə mən meydana çıxsam, əlimdən gələni edəcəm ki, qol buraxmayım. Məncə, bu, uğurun yarısıdı.
 
- Tutaq ki, siz məşqçi olsaydınız, daha təcrübəli, amma uzun müddət oynamayan qapıçıya güvənərdiniz, yoxsa, gənc və daimi oyun təcrübəsi olana?
- Belə sualları mənə verməyin (gülür). İmkan olsa, Berti Foqtsdan soruşun. Ola bilər ki, kimlərsə mənim hazır olmadığımı düşünür. Amma onlarla razı deyiləm. Özümü hazır sayıram. Əks halda yığmada olmazdım.
 
- Elə isə niyə “Bakı”da debütünüz gerçəkləşmir?
- Hazırda yığmanın düşərgəsindəyəm və klubla bağlı suallara cavab vermək istəmirəm. Öz gücümə inanıram və bilirəm ki, yığmaya köməke də bilərəm. Kifayət qədər təcrübəm var ki, bu və digər çətinlikləri arxada qoya bilim.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.