17 mart 2013 15:11
Tuyqun Nadirov: Əgər bu və ya digər məşqçi bizi qane etmirsə, onu çox saxlamırıq
“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov Con Toşakın komandanın sükanı arxasına gətirilməsindən danışıb. Azerisport.az xəbər verir ki, cənub klubunun rəsmisi tez-tez baş məşqçi dəyişdirmələrinə də münasibət bildirib:
“Toşakla müqavilənin imzalanması təkcə Lənkəran yox, bütövlükdə Azərbaycan futbolu üçün mühüm hadisədi. Əminəm ki, onun komandamıza xeyri dəyəcək. Tez-tez baş məşqçi dəyişdirməyimizə gəlincə, klubumuz heç bir mütəxəssisdən asılı deyil. Əgər bu və ya digər məşqçi bizi qane etmirsə, onu çox saxlamırıq”.