17 mart 2013 15:54
Simurq yoxlama matçı keçirmək üçün Gürcüstana gedir
“Simurq” məşqlərini bərpa etməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, Zaqatala klubu yığmanın oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilə zamanı yoxlama matçında da qüvvəsini sınamağa qərar verib.
Özü də Georgi Çixradze bunun üçün komandasını Gürcüstana aparacaq. Qonşu ölkədə iki gün qalacaq zaqatalalıların rəqibi hələlik bəlli deyil. Bölgə təmsilçisi Gürcüstana martın 23-də yola düşəcək.
