18 mart 2013 17:59
Azərbaycan Gürcüstana məğlub oldu (FOTOREPORTAJ)
Avropa çempionatının əsas seçmə mərhələsinin oyunlarına hazırlıq məqsədilə futzal üzrə Azərbaycan milli komandası bu gün Gürcüstan yığması ilə yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, ABU Arena-da keçirilmiş qarşılaşmada 2:1 hesabı ilə gürcüstanlı futzalçılar qələbə qazanıb. Millimizin heyətində Namiq Məmmədkərimov fərqlənib.
Martın 19-da, saat 13:00-da, ABU Arena-da bu komandalar arasında daha bir yoldaşlıq oyunu keçiriləcək.
