18 mart 2013 18:46

İnter Çempionlar Kubokunda iştirak edəcək

2002-ci ildən etibarən “The children champion cup Lukoil” çempionatı keçirilir. Azerisport.az xəbər verir ki, bu turnir UEFA Çempionlar Liqasının bir növ analoqudu.
 
Turnir hər il keçirilir və yarışmada İngiltərənin “Çelsi”, Serbiyanın “Partizan”, Rusiyanın “OMİK” və “Spartak”, Ukraynanın “Dinamo”(Kiyev) və “Şaxtyor”, Türkiyənin “Qalatasaray” kimi klubların və o cümlədən digər ölkə komandalarının da iştirak etdiyi məlumdu. Sevindirici haldır ki, bu il taixdə ilk dəfə həmin turnirə Azərbaycan komandası qatılacaq. Belə ki, “The children champion cup Lukoil” turnirində Azərbaycanı “İnter”in U-12 komandası təmsil edəcək.
 
Bu il turnirdə Avropanın 30 komandasının iştirak edəcəyi gözlənilir. Yarışın reqlamentinə əsasən, bu klublar regional qaydaya uyğun 5 qrupa ayrılacaq. Belə ki, oyunları Moldovanın paytaxında keçiriləcək birinci qrupda Belarus, Ukrayna, Moldova, Macarıstan və Rumıniya klubları çıxış edəcək. Növbəti qrupda Latviya, Estoniya, İsveç, Norveç, Litva və Danimarka klubları mübarizə aparacaq və bu qrupun oyunları Vilnusda baş tutacaq. Digər qrupda mübarizə Serbiyada aparılacaq və burada Xorvatıstan, İspaniya, Fransa, İtaliya, Yunanıstan və Serbiya komandaları qarşılaşacaq. Çex Respublikasını Liberetse şəhərində keçiriləcək növbəti qrupun iştirakçıları Almaniya, Avstriya, Çex, Hollandiya və Slovakiya klubları olacaq. “İnter”in mübarizə aparacağı təsnifat qrupunun oyunları Türkiyənin Antalya şəhərində yerləşən “Mərdan” stadionunda baş tutacaq. Artıq komandamızın bütün rəqiblərinin adları da məlumdur. Belə ki, bu zonada Türkiyənin “Antalyaspor” və “Qalatasaray”, Bolqarıstanın “Levski”, Makedoniyanın “Vardar” və Gürcüstanın “Dinamo” komandaları mübarizə aparacaq.
 
Qeyd edək ki, bu altı komanda püşkün köməyilə 2 qrupa ayrılıcaq və bu üçlüyün ən yaxşı komandaları sonradan turnirin final mərhələsinə yeganə vəsiqə uğrunda yarışacaq.Qruplarında 2-ci və 3-cü yeri tutmuş komandalar təsəlliedici yerlər uğrunda mübarizə aparacaq.
 
Turnirin final hissəsi sentyabr ayında Bolqarıstanın Burqas şəhərində keçiriləcək. Bu mərhələdə 6 komanda mübarizə güclərini sınayacaq, yarışın məsul siması “Qızıl top”un sahibi, dünya şöhrətli bolqarıstanlı futbolçu Xristo Stoiçkov olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.