19 mart 2013 00:11

Berti Foqts: Azərbaycanlı oyunçuların maaşları azaldılmalıdı

Azerisport.az sizi futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun müsahibəsi ilə tanış edir.
 
- Martın 13-dən millimiz təlim-məşq toplanışındadı. Hazırlıq prosesindən razısınız?
- Tam razı qala bilmərəm. Çünki futbolçuların daha sürətli oynamalarını istəyirəm. Top öz oyunçularımızda olanda komanda yoldaşları daha tez boş mövqeyə açılmalıdılar. Amma bu, Azərbaycan futbolunda böyük problemdir. Ona görə də tam razı qala bilmərəm.
 
- Hazırlığa qatılanlardan bəziləri, xüsusən, qapıçı Kamran Ağayevlə müdafiəçi Ruslan Abışov uzun müddətdir, rəsmi oyunlarda çıxış etmirlər. Bu halda onların oynaması sual altına düşməyəcək?
- Gözləməliyik. Bu gün suala tam dəqiq cavab verə bilmərəm. Hər ikisi yaxşı futbolçudur. Onlardan beynəlxalq səviyyəli matçlarda nə, hansı oyunu gözlədiyimi özləri də bilirlər. Azərbaycanda hər oyunçu sürətli futbol nümayiş etdirmir. Çox nadir hallarda beynəlxalq səviyyədə oyunun şahidi oluruq. Əsas heyətdə kimin yer alacağına oyun günü qərar verəcəyəm.
 
- Lüksemburq və Portuqaliya yığmalarına qarşı taktikaların bir-birinin əksinə olacağını düşünmək olar?
- Portuqaliya ilə oyunun taktikası barədə hələ danışmaq istəmirəm. Növbəti rəqibimiz Lüksemburqdur. Onu bilməliyik ki, Lüksemburq da bizimlə eyni gücdədir. Hələ ki hesab 0:0-dır.
 
- Cari seçmə tsikldə ilk dəfə qələbə qazanmaq imkanı yaranıb. Bu imkanı dəyərləndirmək mümkün olacaqmı?
- Bu suala dəqiq cavab verə bilmərəm. Yenə deyirəm: hesab hələ 0:0-dır. Mən meydanda oynamaq istəyirəm. Ötən tsikldə Qazaxıstanla səfər oyunu qabağı hamı “Böyük fərqlə udmalıyıq” deyirdi. Amma elə oldu ki, uduzduq.
 
- Topaz Premyer Liqasının yeni formatını necə dəyərləndirirsiniz?
- Şükür Allaha ki, bu qərarı qəbul etdilər. Çox şükür!
 
- Bəs I divizion komandalarının start heyətində yaşı 21-dək olan 8 futbolçunun çıxması barədə qərarı necə?
- Əla! Mən Rövnəq Abdullayevə təşəkkür edirəm ki, belə bir təklif verib və AFFA İcraiyyə Komitəsi qərar qəbul edib. Belə yolla davam etsə, Azərbaycan futbolunda inkişaf olacaq. Bir də oyunçuların maaşlarının azaldılmasına çalışmaq lazımdır. 

- Növbəti mövsümdə də bu cür uzunmüddətli təlim-məşq toplantılarını nəzərdə tutursunuz?
- Gözləməliyik. İndi bir söz deyə bilmərəm. (lent.az)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.