19 mart 2013 00:48
Bakı Novruz şənliyi təşkil etdi (FOTO)
"Bakı" futbol klubunun təlim-məşq bazasında Novruz şənliyi keçirilib. Azerisport.az xəbər verir ki, futbol akademiyasının inzibati binasında baş tutan tədbirdə "Bakı" futbol klubunun icraçı direktoru Yaşar Seyidov, futbol akademiyasının baş koordinatıru Yüksək Kepoğlu, "Toplu Bakı" jurnalının rəhbəri Nail Əliyev, uşaq və yeniyetmə futbolçular iştitak ediblər.
Keçəl, Kosa, Bahar qızı məzəli bahar zarafatları ilə bayrama xüsusi rəng qatıblar. Tədbir ənənəvi Novruz tonqalının yandırılması ilə başa çatıb.
