18 mart 2013 11:34
Ruslan Abışov: Lokomotiv ilə oyuna tam hazır olacağam
Futbol üzrə Azərbaycan yığmasının və Rusiyanın “Rubin” klubunun müdafiəçisi Ruslan Abışovun azerisport.az saytına müsahibəsi
- Niyə “Rubin”də debütünüz hələ də gerçəkləşməyib?
- Mən öncədən də demişdim ki, mən “Lokomotiv”lə oyunda debüt edə bilərəm. Həmin oyun martın 30-da baş tutacaq. Zədəm var idi. Həmin zədəmi yenicə sağaltmışam. Tam hazır olmağım üçün isə vaxta ehtiyacım var idi.

- “Rubin”in heyətində rəqabətin yüksək olması bunda nə dərəcədə rol oynayır?
- Mən “Rubin”in əsas heyətinə düşəcək gücdəyəm. Mətbuatdan da xahiş etmişəm ki, indi əsas heyətdə yer almamağıma diqqətlə yanaşsınlar. Hamı gözəl bilir ki, zədəm var idi, bu vaxta qədər ona görə oynamırdım. Amma “Lokomotiv”lə oyuna hazır olacağam.

- “Rubin”in digər futbolçularıyla rəqabətdən qalib çıxacağınıza əminsiniz?
- Mənim qarşıda iki il yarım vaxtım var ki, “Rubin”də oynayım. Hər şey normal olsa, heç bir yerə getməyə hazırlaşmıram. Bu müddət ərzində əsas heyət oyunçusu olmağım da mümkündü. Hazırda isə hadisələri qabaqlamaq istəmirəm. Şadam ki, yenidən yığmanın düşərgəsindəyəm. Lüksemburqla oyunu düşünürəm.

- Bu oyundan nə gözləyirsiz?
- Səfərdə oynasaq da, qələbə qazanmağa, üç xal əldə etməyə borcluyuq. Heyətimiz də buna imkan verir.
- Lüksemburq üzərindəki qələbə Portuqaliya ilə oyunda öz təsirini göstərə bilər?
- Biz evdə həmişə aqressiv oynayırıq. Əgər Lüksemburqu məğlub etsək, Bakıya yaxşı əhval-ruhiyyə ilə gələcəyik. Həm də biz çoxdan idi Tofiq Bəhramov adına stadionda oynamırdıq.