19 mart 2013 00:03
Bakı Parksına qovuşur (FOTO)
"Bakı" və Kosta-Rika milli komandasının hücumçusu Vinston Parks artıq komandasının məşqlərinə qatılmağa başlayıb. Azerisport.az xəbər verir ki, ötən ilin sonlarında zədələnərək əməliyyat keçirən Parks bərpa prosesini müvəffəqiyyətlə keçərək məşqlərə başlayıb.
Hələlik yüngül hərəkətlərlə kifayətlənən hücumçu bu mərhələni həkimlərin cidid nəzarətində keçəcək. Parksın yaşıl meydanlara nə vaxt dönəcəyi də həkimlərin qərarına bağlı olacaq.
Komandanın məşqinə gəldikdə, meydana milli komandlara çağırılan futbolçuların yoxluğunda çıxan oyunçuların sırasında icazəli olan Aqil Məmmədov, Aleksandar Şoliç, Edin Nuredeski və Əziz Quliyev də yer almayıblar.
Növbəti məşq plana uyğun olaraq bu gün başa tutacaq. Xatırlatmaq yerinə düşər ki, “Bakı” mart 23-də "Kəpəz"lə yoxlama oyunu keçirəcək.
