18 mart 2013 11:42
Millimizin rəqibi yoxlama oyunu keçirə bilmir
Futbol üzrə Lüksemburq yığmasının Almaniyanın üçüncü Bundesliqa klubu “Saarbrucken”lə yoxlama matçı keçirəcəyini xəbər vermişdik. Lakin azerisport.az xəbər verir ki, bu gün - martın 18-də keçirilməsi nəzərdə tutulan qarşılaşma baş tutmaya bilər.
Qeyd edək ki, bu görüşün Qrevenmaherdə keçirilməsi nəzərdə tutulmuşdu. Amma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək görüşün baş tutmamaq ehtimalı yaranıb. Buna səbəb hazırda Lüksemburqda kəskin hava şəraitinin hökm sürməsidi. Sinoptiklər hətta qar yağacağını proqnozlaşdırırlar.
Qeyd edək ki, Lüksemburq yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının rəqibidi. Yığmamız bu rəqibi ilə martın 22-də görüşəcək. Elə almanlarla görüş də rəqibimizin Azərbaycan millisi ilə oyuna daha yaxşı hazırlaşması üçün planlaşdırılmışdı.
