19 mart 2013 00:22
Elhad Nəziri: Baş məşqçi mənə dedi ki, indi meydana çıxsam, zədəmi daha da ağırlaşdıra bilərəm
Futbol üzrə Azərbaycan yığmasının və Portuqaliya yığmasının müdafiəçisi Elhad Nəziri yeni komandasında hələ də debüt edə bilməməsinin səbəblərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mənim zədə var idi. Baş məşqçi Kosmin Kontra mənə dedi ki, əgər indi meydana çıxsam, zədəmi daha da ağırlaşdıra bilərəm. Yığma üzvü olduğumu bildiklərindən mənə Azərbaycan millisində bərpa dövrü keçməyə razılıq verdilər. Hazırda hər şey normaldı. Yığmanın Lüksemburq və Portuqaliya ilə oyunlarına hazırlaşıram”.