18 mart 2013 11:55
Azərbaycan - Portuqaliya oyununun hakimləri
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində martın 26-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Portuqaliya oyununu idarə edəcək hakimlər müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Həmin təyinatlarla sizi də tanış edirik:
Baş hakim: Andre Marriner
Baş hakimin köməkçiləri: Simon Peter Bennett, Stuart Burt
Dördüncü hakim: Antony Taylor
(Hakimlər briqadası İngiltərədəndir)
Hakim-inspektor: Vasili Melniçuk (Ukrayna)
Komissar: İstvan Huszar (Macarıstan)
