19 mart 2013 00:39

“Foqts bildirdi ki, mənim hərəkətim onu çox qəzəbləndirib”

Futbol üzrə Azərbaycan yığmasının və “Xəzər Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyevin azerisport.az saytına müsahibəsi
 
- Yeni baş məşqçiniz Con Toşak artıq Lənkərandadı. Uelsli mütəxəssisin təyinatını necə qarşıladınız?
- Xoş gəlib. Şadam ki, belə tanınmış mütəxəssislə çalışacağam. Ümid edirəm ki, onun rəhbərliyi altında “Xəzər Lənkəran”da yaxşı bir komanda formalaşdırılacaq. Növbəti mövsüm klubumuzun 10 illiyidi. Odu ki, başqa çıxış yolumuz yoxdu. Çempion olmalıyıq. Yeni baş məşqçiyə böyük ümidlər bəsləyirəm.
 
- Toşaka qədərki baş məşqçilərə də böyük ümidlər bəslənilirdi. Sizcə, uelsli də növbəti beləsi olmayacaq ki?
- İnanmıram. Heç ona bunu arzulamıram da. Toşakı bura ciddi iş üçün çağırıblar. Nə qədər baş məşqçi dəyişmək olar? Komandanın nəticələri də bundan az asılı deyil.
 
- Yeni baş məşqçiniz daha çox yerli futbolçulara güvənəcəyini açıqlayıb...
- Doğrudan? Mən bunu indi bildim. Dərhal hiss olunur ki, dünya təcrübəsi olan məşqçidi. O, yaxşı başa düşür ki, yerli futbolçular meydanda can qoyurlar. Məncə, onun bu sözü yerli futbolçularımızı daha da ürəkləndirəcək.
 
- Yenidən yığmaya qaytarılmağınızı necə qarşıladınız? Berti Foqtsla danışmısız?
- O, mənə həmişə inandığını bildirdi. Sadəcə, başa saldı ki, hakimə tüpürməklə səhvə yol vermişəm. Bildirdi ki, bu hərəkətim onu bərk qəzəbləndirib. Mən də səhvimi başa düşdüyümü bildirdim. Şübhəsiz ki, o, bu sözləri ilə məni ürəkləndirdi. İndi mənə də öz oyunumla bu etimadı doğrultmaq qalır.

- Siz çoxdan idi yığmaya çağırılmırdınız. Bu müddət ərzində nə dəyişib?
- Bilmirəm nədəndi, amma futbolçular hazırda özlərini çox inamlı hiss edirlər. Müsbət nəticə qazanmağa kökləndikləri göz önündədi. Komandada atmosfer çox yaxşıdı. Yığmada belə atmosferə çoxdan idi rast gəlmirdim.
 
- Onda Azərbaycan yığmasından qarşıdakı Lüksemburq və Portuqaliya ilə rəsmi ilə oyunlarda nə gözləyə bilərik?
- Ancaq qələbə gözləmək lazımdı. Buna nə dərəcədə nail olacağımızı isə zaman göstərəcək. Lüksemburqla oyunda ancaq qələbəyə oynayacağıq. Amma məncə, bu komanda ilə heç-heçəni də pis nəticə saymaq düzgün olmazdı. Sadəcə, bir şeyi deyə bilərəm ki, Lüksemburqa qalib gəlsək, Portuqaliyaya Bakıda uduzmayacağıq. Portuqaliya yığması çox güclü komanda olsa da, yığmamız da inkişaf edib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.