19 mart 2013 00:44
Yığmamızın iki futbolçusu meydandan qovuldu, Finlandiya qalib gəldi
Finlandiyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, yığmamız Finlandiyanın U-19 komandası ilə qarşılaşıb.
Finlandiya yığması 69-cu dəqiqədə penaltidən fərqlənməklə 1:0 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, Coşqun Diniyev 69-cu, Elvin Bədəlov isə 80-ci dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan kənarlaşdırılıb.
