18 mart 2013 14:30
Simurq Gürcüstanın liderlərindən birinə qarşı
"Simurq" DÇ-2014-ün seçmə mərhələsinin növbəti oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edərək Gürcüstana yola düşəcək. Azerisport.az xəbər verir ki, komanda martın 22-dən 24-nə qədər qonşu ölkədə məskunlaşacaq və bir yoldaşlıq görüşü keçirəcək.
Zaqatala təmsilçisinin rəqibi hazırda daxili çempionatlarında ikinci pillədə qərarlaşan "Dila" klubu olacaq. Qarşılaşma martın 23-də, saat 16:00-da Tiflis şəhərində keçiriləcək.
Qeyd edək ki, "Simurq"un rəqibi hazırda Gürcüstan çempionatında çempionluğa real namizədlərdən biridir. Bu komanda lider "Dinamo"dan 3 xal geri qalır. "Dila" klubu ötən mövsümdə uğurlu çıxış etmişdi. Qori təmsilçisi Avropa Liqasının play-off mərhələsində Portuqaliyanın "Maritimo" klubuna məğlub olaraq turnirdən uzaqlaşmışdı.
