18 mart 2013 14:53
Bertuççi Neftçinin düşərgəsinə qayıtdı
“Neftçi”nin futbolçusu Bruno Bertuççi vətəni Braziliyada müalicəsini başa vuraraq komandasının düşərgəsinə qayıdıb. Azerisport.az xəbər verir ki, müdafiəçi bir həftəlik fərdi məşqlərdən sonra komanda ilə birgə hazırlığa qatılacaq.
Xatırladaq ki, Bruno Bertuççi AZAL - “Neftçi” oyununda zədələnmişdi. Məlumatı klubun rəsmi saytı yayıb.
