18 mart 2013 15:46
Maksim Medvedev: Millinin özəyinin Qarabağlılardan təşkil olunduğunu demək düz deyil
”Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın müdafiəçisi Maksim Medvedevin azerisport.az saytına müsahibəsi
- Lüksemburq və Portuqaliya ilə oyunlardan nə gözləyirsiz?
- Hər iki oyun bizim üçün çox vacibdi. Lüksemburqla oyundan çox şey asılıdı. Onları səfərdə məğlub etməliyik. Bunu bacarsaq, Portuqaliya ilə oyuna daha yaxşı hazırlaşa biləcəyik. Çünki adətən qələbədən sonra yığmada atmosfer daha da yaxşılaşır. Bakıya qələbə qayıtmaq istəyirik. Amma rəqib bizim nə vaxt qol vuracağımızı gözləyən komandalardan deyil. Uğur qazanmaq üçün maksimum güc sərf etməliyik.

- Bəs Portuqaliya ilə oyun?
- Bu, artıq başqa söhbətin mövzusudu. Portuqaliya qrupumuzun favoritidi. Bakıda xal itkisi onların planlarına daxil deyil. Hamı bu komandanın heyətindəki futbolçuları tanıyır. Buna baxmayaraq, biz meydana layiqli mübarizə aparmaq üçün çıxacağıq. Heç-heçə etmək istəyirik. Qarşıdakı iki oyundan dörd xalla ayrılsaq, əla olar.

- Luiş Fiqunun oynadığı dövrdə, 14 il öncə Portuqaliyadan xal almışıq...
- Həmin komanda ilə indiki Portuqaliya yığmasını müqayisə etmək istəmirəm. Biz də yaxşı çıxış etmək, uğur qazanmaq istəyirik. Rəqibin heyətində Ronaldo başda olmaqla xeyli tanınmış futbolçular çıxış edirlər. Amma bizim də yaxşı oyunçularımız var.
- Adətən “Qarabağ” yığmanın oyunlarından sonra uğursuzluqla üzləşir. Yenə eyni aqibətlə üzləşəcəyinizdən qorxmursuz ki?
- Yığmaya gələndə, hər şey dəyişir. Dostlarımızı görürük, söhbətləşirik, gərginlik azalır. Yığmanın məşqləri həmişə çox ciddi keçir. Amma bu, bizim işimizdi. “Qarabağ”dan yığmaya yeddi futbolçu çağırılsa da, onların hamısı meydana çıxmayacaq. Yəqin ki, hər oyunda 2-3 futbolçumuz iştirak etsin. Hər şeyə baş məşqçi Berti Foqts qərar verəcək. Bu gün yığmanın özəyinin “Qarabağ”ın futbolçularından təşkil olunduğunu deyənlərlərlə də razı deyiləm. Bəli, bizim futbolçular çalışırlar yığmada da özlərini yaxşı tərəfdən göstərsinlər. Amma yığma hamımızın komandasını və başqa cür ola da bilməz.