18 mart 2013 15:54
İnterdə istirahət başa çatdı
“İnter”in istirahəti başa çatıb. Azerisport.az xəbər verir ki, Premyer Liqada yaranan fasilədən yararlanıb yetirmələrinə 4 günlük istirahət verən Kaxaber Sxadadze komandanı bu gün yenidən bir araya gətirib.
“Şəfa” stadionuna toplaşan komanda məşqlərə məşlayıb. “İnter” sabah da “Şəfa”da məşq edəcək. Hazırlıqlarda əsas milliyə çağırılan Vladimir Levin və U-21-in düşərgəsində olan Fuad Bayramovla Abdulla Abatsiyev iştirak etmir.
Qeyd edək ki, “İnter” fasilə müddətində bir yoxlama matçı keçirəcək. Martın 23-də baş tutacaq qarşılaşmada “bankirlər”in rəqiib AZAL olacaq. Oyun “Şəfa”da keçiriləcək.
