18 mart 2013 16:03
Rəvan da hazırlıqlara başladı
Premyer Liqanın 23-cü turunda “Xəzər Lənkəran”ı minimal hesabla məğlub edən “Rəvan”ın futbolçularına istirahət verilmişdi. Azerisport.az xəbər verir ki, artıq 4 günlük fasilə başa çatıb və komanda yenidən hazırlıqlara başlayıb.
Hazırlıqları ənənvi olaraq “Bayıl Arena”da keçirən “Rəvan” dünən 1 məşqlə kifayətlənmişdisə, bu günə 2 hazırlıq nəzərdə tutulub. Artıq səhər saatlarında futbolçular fiziki hazırlıqları üzərində işləyib. Belə ki, komanda üzvləri trenajor-zalda əzələ qüvvəsini artırmağa çalışıb. Axşam saatlarında isə meydançada hazırlıq olacaq. Məşqlərdə milli komandalarının şərəfini qorumaq üçün vətənlərinə yola düşən Samuel Barlay və Maindauqas Kalonasdan başqa hamı iştirak edir.
