18 mart 2013 16:39
Bakı yoxlama oyunu keçirəcək
Milli komandaların DÇ-2014-ün seçmə oyunları ilə bağlı Azərbaycan Topaz Premyer Liqasında yaranan fasilədən yarralanmaq niyyətində olan "Bakı" 23 mart 2013-cü il tarixində yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, həmin gün komanda "Kəpəz"lə yoxlama oyununa çıxacaq.
Qarşılaşma "Bakı"futbol klubunun təlim-məşq bazasının ehtiyat meydanında keçiriləcək və saat 15:00-da başlayacaq.
