18 mart 2013 16:43
Bakının futbolçusu Fransaya qarşı
"Bakı" futbol klubunun daha bir üzvü milli komandasının sıralarına dəvət alıb. Azerisport.az xəbər verir ki, komandanın müdafiəçisi Georgi Popxadze 2014-ün seçmə mərhələ oyununda Gürcüstan milli komandasının formasını geyə bilər.
Hazırda Georgi Popxadze 22 mart 2012-ci il tarixdə səfərdə Fransa ilə qarşılaşacaq Gürcüstan milli komandasının düşərgəsində yer alır.
Bununla da milli komandalara dəvət alan “Bakı”lı futbolçuların sayı 10-a yüksəlib.
