18 mart 2013 16:55
Sumqayıt fasiləyə yekun vurdu
"Sumqayıt" istirahəti başa vurub. Azerisport.az xəbər verir ki, komanda bu gün Bayıl Arenada "Kəpəz"lə oyunun hazırlığına start verib.
Topaz Premyer Liqasının son turunda "Turan"la keçirilmiş qarşılaşmada (4:0) zədələnən Orxan Əliyev hələ bir müddət yaşıl meydanlardan kənarda qalacaq. Bundan başqa, A millinin heyətində yer alan Səlahət Ağayev, Pərdis Fərcad-Azad, U-21-də olan Slavik Alxasov və U-19-un heyətinə çağırılmış Ruslan Nəsirli ilə Şamil Cəmaləddinov isə hazırlıq prosesinə nisbətən gec qoşulacaq.
