19 mart 2013 18:05
Yığmamız Gürcüstandan qisasını darmadağınla aldı
Avropa çempionatının əsas seçmə mərhələsinin oyunlarına hazırlıq məqsədilə futzal üzrə Azərbaycan milli komandası bu gün Gürcüstan yığması ilə yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, ABU Arena-da keçirilmiş qarşılaşmada 4:0 hesabı ilə millimiz qələbə qazanıb.
Qolları Rizvan Fərzəliyev, Elnur Qəmbərov, İlkin Hacıyev və Fərid Ələkbərov vurub.
Xatırladaq ki, ötən gün bu komandalar arasında baş tutmuş ilk oyunda gürcülər qalib gəlmişdilər.
