19 mart 2013 19:50
Xəzər Lənkəran azarkeşləri Con Toşaka xonça təqdim etdilər (FOTO)
“Xəzər Lənkəran” klubu Novruz Bayramı münasibətilə bayram süfrəsi açıb. Azerisport.az xəbər verir ki, mərasimdə yeni baş məşqçi Con Toşak da iştirak edib. Komandanın azarkeşləri uelsli mütəxəssisə bayram sovqatları ilə dolu xonça təqdim ediblər.
