19 mart 2013 11:19
Lüksemburq Azərbaycan ilə oyun öncəsi əzmkar qələbə qazandı
Futbol üzrə Lüksemburq yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəyi rəsmi oyun öncəsi sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, millimizin rəqibi Almaniyanın üçüncü Bundesliqa klubu “Saarbrucken”lə yoxlama matçı keçirib.
Qarşılaşma Lyük Holtsun yetirmələrinin qələbəsi ilə başa çatıb – 3:2. Halbuki, almanlar oyunun gedişində 2:0 hesabıyla öndə olublar. Buna baxmayaraq, Tyurpel və Luizinin, elədə də rəqib futbolçunun avtoqolu meydan sahiblərinə əzmkar qələbə sevinci yaşadıb.
Qeyd edək ki, Lüksemburq yığması Azərbaycan millisi ilə martın 22-də görüşəcək.
