19 mart 2013 11:38
Portuqaliya Azərbaycan ilə matç öncəsi tam heyətlə hazırlaşa bilmir
Futbol üzrə Portuqaliya yığmasında zədə problemi hələ də aradan qalxmayıb. Azerisport.az xəbər verir ki, komandanın həkimləri Joao Moutinyonun zədəsinin tam sağalmadığını açıqlayıblar.
Bu üzdən də “Porto”nun futbolçusunun İsrail (22 mart) və Azərbaycana (26 mart) qarşı keçiriləcək DÇ-2014-ün seçmə mərhələ oyunlarını buraxması istisna olunmur.
İspaniyanın “Sevilla” klubunda çıxış edən qapıçı Betu da dünən baş tutan məşqdə iştirak etməyib. Onun hazırlıqlardan kənar qalmasına səbəb qripdi. Amma tezliklə Betunun sıraya dönməsi gözlənilir.
