19 mart 2013 11:57
Rəşad Sadıqov: Bizə daha çətin olacaq, nəinki Lüksemburqa
Futbol üzrə Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Lüksemburqa qarşı keçirəcəkləri səfər matçının çətin olacağını düşünür. Azerisport.az saytına müsahibəsində “Qarabağ”ın lideri bunları dilə gətirib:
“Hazırda bütün fikirlərimiz Lüksemburqla oyuna yönəlib. Portuqaliya haqda indi heç kim düşünmür. Bu, iki bərabər səviyyəli komandanın görüşü olacaq. Amma bizə daha da çətin olacaq. Çünki səfərdə oynayacağıq. Buna baxmayaraq, Lüksemburqdan yaxşı əhval-ruhiyyədə qayıtmaq istəyirik”.