19 mart 2013 12:14
Yığmamızın rəqibi Litva ilə sınaq matçı keçirəcək
Futbol üzrə Lüksemburq yığması özünə daha bir rəqib tapıb. Azerisport.az xəbət verir ki, “cırtdan” ölkə təmsilçisi Litva yığmasıyla qarşılaşacaq.
Görüş bu il avqustun 14-də baş tutacaq.
Qeyd edək ki, Lüksemburq DÇ-2014-ün seçmə mərhələsində Azərbaycanın rəqibidi. Bu komandalar martın 22-də üz-üzə gələcəklər.
