19 mart 2013 12:32
Bakı və Neftçinin oyunçularına 3 matçlıq cəza!
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının XXIII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Rəvan” – “Xəzər Lənkəran” oyununun 68-ci dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Kamran Abdulzadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.
“Bakı” – “Neftçi” oyununun 67-ci dəqiqəsində “Bakı”nın futbolçusu Elşən Rzazadə kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 90+2-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Kərim Diniyevlə “Bakı”nın futbolçusu Zahid Sadıxov bir-birini təhqir etdiklərinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün 3 oyunluq cəzalanıb, klubları 1000 manat cərimə olunub.
“Kəpəz” – AZAL matçında AZAL-ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
