19 mart 2013 12:43
Hakimi təhqir etdi, dörd oyunluq cəza aldı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən Azərbaycan Birinci Divizionunun 17-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Göyəzən” – “Ağsu” matçında “Göyəzən”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Şuşa” – “Bakılı” matçında “Bakılı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Neftçala” – “Lokomotiv” matçında “Lokomotiv”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Qaradağ Lökbatan” – “Energetik” matçının 87-ci dəqiqəsində “Energetik”in futbolçusu Tural Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Tərəqqi” – MOİK matçı başa çatdıqdan sonra “Tərəqqi”nin futbolçusu İlkin Verdiyev hakimi təhqir etdiyinə görə qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalanıb, klubu 400 manat cərimə olunub.
