19 mart 2013 12:50
Qəbələ bu gün Qarabağa qarşı keçirəcəyi oyunun hazırlıqlarına başlayır
"İnter"lə matçdan sonra 5 günlük istirahətə buraxılan "Qəbələ" bu gün Premyer Liqanın 24-cü turu çərçivəsində keçiriləcək "Qarabağ"la görüşün hazırlıqlarına başlayır. Azerisport.az xəbər verir ki, hazırlıq prosesində milli komandaların heyətinə dəvət alan Amit Quluzadə, Ürfan Abbasov (hər ikisi Azərbaycan U-21), Anar Nəzirov, Vurğun Hüseynov (hər ikisi Azərbaycan milli komandası), Omar Kalabane (Qvineya milli komandası) və zədəli Aleksandr Çertoqanovdan başqa bütün futbolçular iştirak edir.
