19 mart 2013 13:26

Berti Foqts: Yetirmələrimə az danışmağı məsləhət görürəm

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun azerisport.az saytına müsahibəsi
 
- Artıq sabah yığmamız Lüksemburqa yola düşür. Hazırlıqlar necə keçdi?
- Mən komandanın məşq prosesindən razıyam. Başa düşürəm ki, belə hazırlıqlar çətin olur. Xüsusilə də gündə iki məşq olanda. Amma buna baxmayaraq, futbolçular yaxşı əhval-ruhiyyədə məşq edirlər. Onu da başa düşmək lazımdı ki, məşq və oyun başqa şeylərdi.
 
- Elə isə Lüksemburqla oyundan nə gözləyirsiz?
- Qələbə. Qalib gəlməyə çalışacağıq. Amma oyuna qədər xüsusi nəsə demək olmur. Hələlik hesab açılmayıb. Bizi çətin oyun gözləyir.
 
- Əvvəlki oyunların heç də hamısında istədiyinizə nail ola bilməmisiz. Xüsusilə də Rusiya ilə qarşılaşmada. Bəs növbəti iki oyunda nələr ola bilər?
- Müsbət nəticə qazanmaq üçün meydanda tam gücümüzü qoymalıyıq. Düzdü, Rusiya ilə oyunda bizim bəxtimiz gətirmədi. Çünki qapımıza kifayət qədər mübahisəli bir penalti təyin olundu. Azərbaycan yığması gənc komandadı. İnkişaf etməkdə olan komandayıq. Qarşıdakı oyunlarda da müsbət nəticəyə nail olmaq üçün əlimizdən gələni edəcəyik.
 
- Bəzi yetirmələriniz belə düşünür ki, Lüksemburqla oyunda heç-heçə də pis nəticə sayılmamalıdı. Siz, onlarla razısız?
- Bu sualınıza oyundan sonra cavab verə bilərəm. Futbolçularıma isə az danışmağı məsləhət görürəm. Onlara oynamaq lazımdı.
 
- Premyer Liqanın formatının dəyişdirilməsini necə qarşıladınız?
- Ağıllı və düzgün qərardı. Hazırkı format xoşuma gəlmirdi. AFFA İcraiyyə Komitəsinə bu qərarına görə təşəkkürümü bildirirəm. Artıq bundan sonra hətta kiçik klublar da nəhənglərlə dörd dəfə oynamaq şansı qazanacaqlar. Bu da bütün komandaların inkişafına təkan verə bilər. Fikrimcə, növbəti mövsümdən Azərbaycan çempionatı daha maraqlı olacaq.
 
- Bəs Birinci Divizionla bağlı qərara münasibətiniz necədi? Növbəti mövsümdən meydana yaşı 21-ə qədər olan ən azı səkkiz futbolçu buraxılmalıdı...
- Fikrimcə, bu qərar da özünü doğruldacaq və Azərbaycan futbolunun xeyrinə işləyəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.