19 mart 2013 13:58

Marius Pena: Steaua karyera, Bakı maliyyə cəhətdən daha sərfəlidi

“Bakı”nın hücumçusu Marius Pena müsahibəsində Azərbaycan çempionatındakı çıxışını dəyərləndirib, Topaz Premyer Liqasını Rumıniya çempionatı ilə müqayisə edib, digər sualları cavablandırıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.
 
- Marius, siz artıq altı oyunda beş qol vurmağa nail olmusuz. Bu, artıq Azərbaycan çempionatına uyğunlaşdığınızın göstəricisidi?
- Düşünürəm ki, hə. Çox şadam ki, belə tez uyğunlaşa bildim. Bu işdə mənə futbolçular, məşqçilər, hamı dəstək və kömək oldu. Mən komandaya artıq mövsümün ikinci hissəsinə hazırlıqları tamamlayan dövrdə getdim. Bu üzdən ümumi ritmə uyğunlaşmaq üçün çox az vaxtım oldu. Amma Allaha şükür ki, bu, mənə əlavə çətinliklər yaratmadı.
 
- Həmkarlarınızla necə ünsiyyət qürursuz? Xüsusilə də yerli futbolçularla?
- (gülür) Bu, çox çətindi. Burdakı uşaqlar daha çox rus, ispan və ingilis dilində danışırlar. Mən özüm rusca azca bilirəm. Fikrimcə, bir az serb və ispan dillərini öyrənə bilsəm, hər şey qaydasına düşəcək.
 
- Azərbaycan və Rumıniya futbolu arasında nə kimi fərqləri qeyd edə bilərsiz?
- Çoxdu. Hazırda Rumıniya çempionatı daha güclüdü. Amma Azərbaycan futbolu da sürətlə inkişaf edir. Yaxın gələcəkdə bu ölkənin futbolunda böyük uğurlar olacaq. Klublar özlərinə bazalar tikirlər, infrastrukturu yaxşılaşdırırlar. Onlar tərifəlayiqdilər.
 
- Rumıniyanı tərk etdiyinizə görə heyfsilənmirsiz?
- Mümkündü ki, bir az heyfslənim. Amma futbolçu həyatı belədi ki, dəyişikliklər qaçılmazdı. İrəli baxmaq lazımdı.
 
- Azərbaycandakı həyatınız necə keçir?
- Xüsusi dəyişiklik olduğunu deməzdim.
 
- “Otelul”a qayıtmağınız mümkündü?
- Buna ümid edirəm. Amma indi yox. Bir neçə il ölkə xaricində oynamaq istəyirəm.
 
- “Steaua”nın sizinlə maraqlanması barədə xəbərlər doğrudu?
- Mənimlə bu klubdan heç kim rəsmi şəkildə danışıqlar aparmayıb. Bildiyimə görə, klubun rəhbəri Bekali bir neçə dəfə məni komandasında görmək istəyib. Amma baş məşqçi bunun əleyhinə olub.
 
- Qarşınızda “Steaua” və Azərbaycana variantı olsaydı, hansını seçərdiniz?
- Karyera baxımından təbii ki, “Steaua” daha yaxşı variantdı. Amma maliyyə cəhətdən “Bakı” variantını üstün tutardım. Lakin düzünü deyim ki, belə bir seçim qarşısında qalsaydım, hansını seçəcəyimi bilmirəm. İndi bu haqda danışmaq çətindi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.