19 mart 2013 14:25
Malaganın oyunçusu millimizlə oyuna çağırıldı
Futbol üzrə Portuqaliya yığmasının heyətində dəyişiklik olunub. Azerisport.az xəbər verir ki, baş məşqçi Paulo Bentu daha bir futbolçuya dəvət göndərib.
Bu, İspaniyanın “Malaga” klubunda forma geyən Vitorino Antuneşdi. 25 yaşlı Antuneş müdafiəçidi.
Qeyd edək ki, Portuqaliya yığması martın 22-də İsrail, martın 26-da Azərbaycan yığmasına qarşı oynayacaq.
