20 mart 2013 11:20

Berti Foqts: Lüksemburqa tam fərqli yanaşırıq

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Lüksemburqa qarşı keçirəcəkləri oyun öncəsi müsahibələr və açıqlamalar verməyə davam edir. Azerisport.az sizi almaniyalı mütəxəssisin növbəti açıqlamaları ilə tanış edir.

“Bizim hədəfimiz gənclərdən ibarət komanda yaratmaqdı. Bu komanda ilə AÇ-2016-ya çıxmaq üçün mübarizə aparmaq istəyirik. Çox gənc komandamız var. Baxmayaraq ki, heyətdə yaşlı və təcrübəli futbolçular da var. AÇ-2016-ya qədər özümüz üçün şans yaratmaq istəyirik”.
 
Foqts DÇ-2014-ün seçmə mərhələsində komandasının çıxışını belə qiymətləndirib:

“Bu tsikldə evdə yalnız İsraillə qarşılaşmışıq. O vaxt biz çox yaxşı oynamışdıq. Rusiyaya 86-cı dəqiqədə buraxdığımız qolla uduzduq. Halbuki, qapımıza mübahisəli penalti təyin olunmasaydı, uduzmayacaqdıq. Çünki qayda pozuntusu cərimə meydançasında edilməmişdi. Rusiya ilə oyunlar Azərbaycan yığması üçün çox prinsipialdı. Çünki bu uzun illər Azərbaycanı təzyiq və əsarət altına saxlamış bir millətə qarşı keçirilirdi. Şimali İrlandiya ilə səfər matçında 96-cı dəqiqədə qol buraxdıq. İndi iki xalımız var. Amma daha çox olmalıydı”.
 
Almaniyalı mütəxəssis martın 22-də qarşılaşacaqları Lüksemburq haqda da danışıb: “Lüksemburq zəif komandadı? Gözləyin! Biz isə bu rəqibə tam fərqli baxırıq. Lüksemburq Azərbaycanla eyni səviyyədədi. Şanslar isə əllinin əlliyədi. Lüksemburqluların Maltaya qarşı oyununu izləmişəm. Mənim klubum – Münhenqladbax “Borussia”sı onların oyunçuları ilə maraqlanırdı. Orda yaxşı futbolçular var”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.