21 mart 2013 00:05
Pepe: İsrail və Azərbaycan ilə oyunlar bizim üçün həlledici olmasa da, vacibdi
Futbol üzrə Portuqaliya yığmasının müdafiəçisi Pepe DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində İsrail (22 mart) və Azərbaycana (26 mart) qarşı keçirəcəkləri oyunlar öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, İspaniyanın “Real” klubunun futbolçusu bunları dilə gətirib:
“Mən deməzdim ki, İsrail və Azərbaycanla oyunlar bizim üçün həlledici xarakter daşıyır. Amma şübhəsiz ki, bu oyunlar çox vacib əhəmiyyət daşıyır. Əgər mundiala vəsiqə qazanmaq istəyiriksə, bu oyunlarda qalib gəlməliyik”.