21 mart 2013 00:11
“Azərbaycan millisi hədiyyə deyil”
Futbol üzrə Lüksemburq yığmasının baş məşqçisi Lyuk Holts Almaniyanın “Saarbrucken” klubuna qarşı keçirdikləri yoxlama oyunundan (3:2) danışıb, eləcə də DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycanla görüş öncəsi fikirlərini açıqlayıb.
- “Saarbrucken”lə oyunda elə də yaxşı təsir bağışlamayan müdafiə xəttinin çıxışı sizi narahat etmir?
- Problem ondadı ki, komanda təkcə müdafiədən ibarət deyil. Deməzdim ki, buraxdığımız qolların hamısı müdafiəçilərin səhvindən oldu. Lüksemburq yığmasının əsas problemi ondadı ki, biz gözləyirik top özü nə vaxt bizə gələcək. Onun üçün mübarizə aparmırıq. Əlbəttə, buraxdığımız iki qol bizi təəssüfləndirir. Amma onu da deyə bilərəm ki, qalan hər şey yaxşı alındı.

- Almanlara qarşı oynayan dörd gənc futbolçunun – Yans, Şnell, Hoffmann və Yanişin Azərbaycana qarşı da forma geyməsi ehtimalı var?
- Bəli, belə bir ehtimalı var. Amma bu, o demək deyil ki, ikinci hissədə meydana çıxmış Laterça, Malye, Blez və Bernard şans qazanmayacaqlar. Biz heyətlə bağlı qərarı oyun ərəfəsində verəcəyik. Hər şey ola bilər.

- Tom Şnell klubunda müdafiənin mərkəzində çıxış etsə də, siz onu yığmanın son oyunlarında daha çox sağ cinahda sınayırsız. Azərbaycanla görüşdə də belə olacaq?
- Son iki oyunda onun ifasında gördüklərim xoşuma gəlib. Yansla Laterçanın da son görüşdəki çıxışını bəyəndim. Ona görə də siz əmin ola bilərsiz ki, Şnell Azərbaycanla görüşdə sağ cinahda çıxış edəcək.

- Son oyunlarda müdafiənin mərkəzində dörd cütü sınaqdan keçirmisiz. Bukviç-Blez, Hoffman-Blez, Bukviç-Filipps, Şnell-Hoffmann. Bu mövqelərlə bağlı qəti qərara gələ bilməməyiniz nə ilə bağlıdı?
- Heyətdə itkilər olanda buna ehtiyac yaranır. Yəni 3-4 ehtiyat variantın olması yaxşıdı. Məsələn, mən bilirəm ki, Azərbaycan yığmasının üzvləri fiziki cəhətdən çox güclüdülər.

- Azərbaycanla oyundan nə gözləyirsiz?
- Mən onların bir neçə oyununu görmüşəm. Komandaya almaniyalı məşqçi Berti Foqts rəhbərlik edir. Fiziki hazırlıqla yanaşı, rəqibimizin atletik cəhətdən də güclü olduğunu qeyd etməliyəm. Bu komanda hədiyyə deyil. İsraillə ev oyununda onlar çox güclü futbol sərgilədilər. 1:1 hesablı heç-heçəyə nail olsalar da, qələbə də qazana bilərdilər. Bu, onların səviyyəsindən xəbər verir. İsraillə bizim oyunlarımızı da yada salsaz, yəqin ki, vəziyyət aydın olar.

Qeyd edək ki, Lüksemburq İsrailə evdə 0:6, səfərdə 0:3 hesabıyla məğlub olmuşdu.