21 mart 2013 00:39

Rəşad Sadıqov: Həmin oyunla Lüksemburqa qalib gələ bilmərik

Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın kapitanı Rəşad Sadıqovun azerisport.az saytına müsahibəsi

- Yığmamızın Bakı toplanışı necə keçdi?
- Hər şey normal keçdi. Qarşıdakı oyuna hazırlaşırıq. Çalışırıq ki, məşqçilər korpusunun bütün tələblərini yerinə yetirək.
 
- Yığmamızda hazırda iki problemli mövqenin olduğunu demək olar: hücum və qapıçı?
- Bəli, bu, bizim yığmanın zəif tərəfidi. Amma bütün futbolçuların səviyyəsi eynidi. Əlbəttə, qarşıdakı oyunlarda ələ düşən hər qol vəziyyətindən maksimum yararlanmağımız vacibdi. Bunsuz çətin olacaq.
 
- Yığmadakı üç qapıçıdan yalnız Səlahət Ağayevin daimi oyun təcrübəsi var. Kamran Ağayev isə uzun müddətdi yaşıl meydanlardan kənarda qalıb...
- Bəli, elədi. Kamran yığmanın bir nömrəsidi. Amma 7-8 aydı oynamır. Yadınızdadırsa, o, Portuqaliya ilə səfər oyununda da oxşar durumda olmasına rəğmən, 90 dəqiqə meydanda olmuşdu. Fikrimcə, məşqçilər bu dəfə də ona şans verəcəklər.
 
- Lüksemburqla 2010-cu ildə səfərdə keçirdiyimiz yoldaşlıq oyununda 2:1 hesabıyla qələbə qazanmışdıq. Sizcə, o dövrlə müqayisədə nə dəyişib?
- Mən həmin oyunla indikini müqayisə etmək istəməzdim. Çünki o, sınaq matçı olduğu halda, bu dəfə seçmə mərhələ oyununda üz-üzə gələcəyik. Lüksemburq yığmasının Şimali İrlandiya və Portuqaliya ilə oyunlarını izləmişəm. İndi onlar daha yaxşı oynayırlar. Biz indi heç də o vaxt sərgilədiyimiz oyunla bu komandaya qalib gələ bilmərik. Üç xal qazanmaq üçün daha yaxşı oynamağımız lazımdı.

- Yığmada daha bir problemli məqam Elhad Nəziri, Ruslan Abışov, Cihan Özkara kimi legionerlərimizin klublarında oynamamasıdı. Rüfət Dadaşov da təsadüfi hallarda meydana çıxır...
- Əlbəttə, oynaşaydılar, daha yaxşı olardı. Mən də hesab edirəm ki, heyəti müəyyənləşdirərkən oyun təcrübəsi olan futbolçulara şans verilməsi daha yaxşı olardı. Heyətdə bu qədər oyun təcrübəsi az olan futbolçunun yer alması bizə problem yarada bilər.
 
- Qarşıdakı oyunlardan nə gözləyirsiz?
- Bizim bütün fikirlərimiz Lüksemburla oyuna yönəlib. Portuqaliya haqda heç kim düşünmür. İki bərabər səviyyəli komanda üz-üzə gələcək. Amma bizə daha çətin olacağını düşünürəm. Çünki görüş səfərdə baş tutacaq. Çalışacağıq ki, Lüksemburqdan sərfəli nəticə ilə qayıdaq ki, Portuqaliya ilə görüş öncəsi komandada atmosfer yaxşı olsun.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.