20 mart 2013 13:53
İsgəndər Cavadov: Azərbaycan Lüksemburqu problemsiz məğlub etməlidi
Azərbaycan futbolunun veteranı İsgəndər Cavadov yığma komandamızın DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində səfərdə qarşılaşacağı Lüksemburqla oyunda ciddi problem yaşayacağını düşünmür. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Başa düşə bilmirəm ki, niyə biz bu oyunda xoşagəlməz nəticə ilə üzləşməliyik? Bu komanda FİFA reytinqində 140-cı yerdə gedir. Biz onları ciddi problemlə üzləşmədən məğlub etməliyik. Azərbaycan Lüksemburqdan güclüdü. Şəxsən məni bu komanda ilə oyunda ancaq qələbə qane edə bilər”.