20 mart 2013 14:22
Yığmamız Lüksemburqa bu gün yola düşür
Futbol üzrə Azərbaycan yığması bu gün Lüksemburqa yollanacaq. Azerisport.az xəbər verir ki, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində səfərdə bu ölkənin yığma komandası ilə qarşılaşacaq millimiz Bakıdan saat 17:00-da çıxacaq.
Komandamız səfərə çarter reysi ilə yollanacaq. Futbolçu və məşqçi heyətimizin səfəri təxminən beş saat çəkəcək.
