20 mart 2013 15:09

Lüksemburq kapitanına yer tapa bilmir

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri rəsmi oyun öncəsi Lüksemburq mətbuatı komandalarının durumunu dəyərləndirib. Azerisport.az xəbər verir ki, lüksemburqlular bunları qeyd ediblər:

“Baş məşqçi Lyuk Holts Azərbaycanla oyun öncəsi komandasının durumundan danışdı. Müdafiəçi Kris Filipps deyəsən özünə yadımmüdafiədə yer tapıb. Holts da onun bu mövqedəki çıxışını tərifləməkdən yorulmur: “Kris Ermənistanla yoxlama oyununda (1:1) çox möhtəşəm oynadı. O, topla çox soyuqqanlı davranır. Baxmayaraq ki, cəmi 19 yaşı var. Kris hər gün daha da inkişaf edir. Sadəcə, mənə bir şey aydın deyil ki, bu cür göstəricilərə malik futbolçu necə “Metz”in birinci komandasına düşə bilmir”.

Yığmanın kapitanı Rene Peters isə fərqli durumdadı. 31 yaşlı yarımmüdafiəçi artıq əsas heyət oyunçusu hesab olunmur. O, yenə də zədəsi ilə mübarizə aparmaq məcburiyyətində qalıb. Bu üzdən futbolçu hətta “Hamm Benfica”nın da son oyununda iştirak edə bilməyib. Holts da müsahibələrində tez-tez qeyd edir ki, yığmada rəqabət artıb və Azərbaycanla oyunda zədəliləri başqaları əvəzləyə bilər”.
 
Bu mənada ilk növbədə gənc Kristofer Martins Pereyranı qeyd etməyə dəyər. “Racing Union”un 16 yaşlı yarımmüdafiəçisi Azərbaycanla oyunda da hamını təəccübləndirə bilər”.

Qeyd edək ki, Lüksemburq – Azərbaycan oyunu martın 22-də keçiriləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.